AKA İnşaat olaraq müştərilərin ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaq üçün hər növ tikinti layihəsini uğurla icra edirik. Hər bir layihə, keyfiyyətli materiallar, peşəkar yanaşma və texnoloji yeniliklər ilə tamamlanır. Məqsədimiz həm özəl, həm də kommersiya layihələrində mükəmməl xidmət təqdim etməyi hədəfləməkdir.
Yaşayış sahələrində insanları düşünərək, müasir və rahat həyat şəraiti yaratmağa yönəlmiş layihələr həyata keçiririk. Bu layihələrdə hər bir detal müştərinin rifahını təmin edəcək şəkildə nəzərdə tutulur. Geniş sahələr və müasir dizaynlar ilə həyat sahələrini yüksək keyfiyyətlə təqdim edirik. Buna misal olaraq “Premyer Palace”, “Nizami Residence”, “Vertex Park” kimi müasir yaşayış komplekslərini, Bakı Dövlət Universitetinin yeni tədris korpusu və Balaxanı Məişət Tullantılarının Çeşidlənməsi zavodu kimi strateji əhəmiyyətli obyektlərin tikintisini uğurla başa çatdırmışıq.