Logo

Haqqımızda

about-img

Haqqımızda

1998-ci ildən etibarən AKA İnşaat Azərbaycanın tikinti sektorunda etibarlı tərəfdaş kimi tanınır. Uzun illər ərzində müxtəlif miqyaslı layihələrin icrasında iştirak edərək, peşəkarlığımız və keyfiyyətə verdiyimiz önəmlə seçilmişik. Güclü və tam təchizatlı istehsalat bazamızla, bir neçə böyükmiqyaslı layihəni eyni vaxtda yüksək keyfiyyətlə icra edə bilirik. Hazırda 110 kubmetr istehsal gücünə malik şəhərin müxtəlif nöqtələrində yerləşən beton zavodlarımız fəaliyyət göstərir. Burada hazırlanan beton məhsulları AZS standartlarına uyğun Uyğunluq Sertifikatı ilə sertifikatlaşdırılıb. Müasir texnika parkımız – ekskavatorlar, pompalar, buldozerlər, qreyderlər, katoklar, avtokranlar və digər ağır texnika ilə təchiz olunub. Bu imkanlar bizə layihələri vaxtında, təhlükəsiz və yüksək keyfiyyətlə təhvil verməyə imkan yaradır. AKA İnşaat olaraq, bütün fəaliyyət sahələrimiz müvafiq lisenziyalarla təmin olunub və mövcud qanunvericiliyə tam uyğundur. Bizim üçün əsas dəyərlər – peşəkarlıq, təhlükəsizlik və keyfiyyətdir.

Əsas fəaliyyət sahələrimiz:

  • Müasir texnologiyalarla beton istehsalı
  • Qazıntı və söküntü işləri
  • Dövlət və özəl sifarişli layihələrin həyata keçirilməsi
  • Yüksəkmərtəbəli binaların tikintisi
  • Beton, metal və dəmir konstruksiyaların montajı
  • Fasad və daxili təmir işləri

Niyə Biz?

  • Təcrübə və Etibar: Şirkətimiz, illərlə qazandığı təcrübəsi ilə keyfiyyət və etibarlılıq üzrə müştərilərinə ən yüksək xidmət səviyyəsini təqdim edir. Hər bir layihəmizdə AZS standartlarına uyğunluq, keyfiyyətli material və peşəkar icra bizim əsas öncəliyimizdir.
  • Yüksək Texnologiya: Biz, layihələrimizi icra edərkən ən müasir avadanlıq və texnologiyalardan istifadə edirik ki, bu da nəticələrin daha sürətli və etibarlı olmasını təmin edir.
  • Təhlükəsizlik: Hər bir layihəmizdə təhlükəsizlik bizim əsas prioritetimizdir. Təsdiq olunmuş təhlükəsizlik qaydalarına uyğun işləyir və müştərilərimizin etibarlılığını təmin edirik.
about-img